Bu yollarda hərəkət məhdudlaşdırılacaq sürücülərin nəzərinə

Bu yollarda hərəkət məhdudlaşdırılacaq sürücülərin nəzərinə

Bakının mərkəzində bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən, Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır.

Yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, Suraxanı yol qovşağında ("Buta Palace"-ın yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə