Specail Psixlogiya Mərkəzinin rəhbəri Nurlan Kərimovun keçmiş həyat yoldaşı Aygün Əmiraslanova redaksiyamıza müraciət edib.
A.Əmiraslanova keçmiş həyat yoldaşı N.Kərimov və son zamanlar müxtəlif formatlı reklamlarla özünü "ən peşəkar" psixoloji mərkəz kimi tanıtmağa çalışan Special Psixologiya Mərkəzi haqqında şok faktlar açıqlayıb. Əmiraslanova Aygün Baba qızının şikayət məktubuna nəzər yetirəndə Special Psixoloji Mərkəzin "uğurlu" fəaliyyəti haqqında insanda kifayət qədər təsəvvür yaranır.
Belə ki, Aygün Əmiraslanova SİA-ya şikayətində deyir: "Specail Psxilogiya Mərkəzinin direktoru Kərimov Nurlan Bəylər oğlu mənim həyat yoldaşım olub, birgə izdivacdan 2 övladımız var. 2007-ci ildə boşanmışıq, lakin illərdir ki, ondan alment ala bilmirəm. Pulla və başqa yollarla məhkəmə icraçılarını ələ alaraq, Xətayi Rayon Məhkməsinin qətnaməsini dəyişdirib və ödəməli olduğu 186 manat əvəzinə, 100 manat məbləğində alment kəsdirib. Halbuki, indi 100 manatı da ödəmir".
A.Əmiraslanova Nurlan Kərimovun hansı qaranlıq işlərlər məşğul olduğuna aydınlıq gətirdi: "O, 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdu, sonra ordan qovdular. Daha sonra restoranlarda ofisinat kimi işləyirdi. Amma birdən-birə varlandı. İndi onun özünün restoranı, maşını, tədris kursları, obyektləri var. Bəs bunları necə əldə edib? O adamın heç ali təhsili də yoxdur, amma Special Psixloji Mərkəzin təsisçisi və direktorudur. Ona bu işlərdə kömək edən bir neçə gün bundan əvvəl həbs olunan İlham Mirzəyev olub. İlham Mirzəyev ona o qədər "səlahiyyət" vermişdi ki, Nurlan icraçıları da, məhkəmi də saymır və məhkəmin qərarını müxtəlif yollarla dəyişdirir. İndi İlham Mirzəyev həbs olunub, ancaq onun çirkli işlərini burda Nurlan həyata keçirir. Nurlan insanları aldadır, o öz doğma uşaqlarından imtina edib, indi isə, uşaq psixoloqu işləyir. O adam xəstədir, restoranda ofisiant işləyirdi, indi psixoloqluq edir. Millətdən pullar qoparır, müxtəlif qanunsuz vərəqlər paylayır".
A.Əmiraslanova N.Kərimovun ona şər atdığını da bildirdi: "Nurlanın anası özünü döydü və sonra polisə məndən şikayət elədi ki, guya mən vurmuşam. Halbuki, elə şey etməmişəm, mənə şər atırlar. Xətai rayon Polis idarəsindən mənə çağırıb dedilər ki, ya tutulacaqsan, ya da almentdən imtina elə. Uşaqlarımı saxlamaq üçün almentdən imtina edə bilmərəm. İndi çıxlmaz vəziyyətdəyəm, xahiş edirəm, mənə kömək edin. Nurlanın mənə atdığı şər üstümdən silinsin və uşaqlarıma aliment ödənsin".
P.S. Araşdırmamızı davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB