Nazir: "Azərbaycanda istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir"
"Azərbaycanda istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir. Bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80 nəfərə yaxındır". SİA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan "İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi" mövzusunda keçirilən konfransda çıxışında belə deyib.
Onun sözlərinə görə, müstəqillik dövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib: "İllər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. Belə ki, ölkəmizdə son 10 illikdə hər 100000 nəfər işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisələrin, o cümlədən ölümlə nəticələnən hadisələrin sayında nisbi sabitlik müşahidə olunub. 1997-2000 ci illərdə hər il 100000 işləyənə düşən islahatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatda xəsarət alanların sayı 16, 2009-2010-cü illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib".
Nazir bildirib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, hər il dünyada istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfərə xəsarət alır və peşə xəstəliyinə tutulur: "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayının hər il təxminən 2 milyon 340 min nəfərdir. Bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ümumdi daxili məhsulun 4%-nin itirilməsinə səbəb olur"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB