Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərərgahında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ATGTİ-nin təşkilati dəstəyi ilə "Komputer bilikləri olimpiadası" layihəsinin mükafatlandırma mərasimi keşirilib. SİA-nın məlumatına görə, "Komputer bilikləri olimpiadası"nın keçirlməsində məqsəd tələbə gənclərin informasiya texnologiyaları sahəsində biliklərini yoxlamaq, onların bu sahədə inkşaflarına töhvə verməkdir.
Mükafatlandırma mərasimində çıxış edən ATGTİ-ni elm təhsil departamentinin direktoru Əzizə Nəcəfova bildirib ki, 400-dən çox gənc olimpiadada iştirak üçün müraciət edib. İki mərhələdən ibarət olun layihəinin final mərhələsində 100-ə yaxın gənc iştirak edib.
Layihənin I, II, III yerlərinin qalibləri olan Zaur Allahverdiyev, Sevinc Şabanova, Elşən Rəsullu diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB