Martin Burns: “Kompleks dünyada seçilən aeroportlardan biri olacaq”
"Yeni aerovağzal kompleksinin inşası ən yüksək standartlar səviyyəsində həyata keçirilib. Kompleks həm gözəlliyi, həm də buradakı texnologiya baxımından dünyada seçilən aeroportlardan biri olacaq". Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı mərasimində kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns bildirib.
Martin Burns deyib: "Cənab Prezident.
Hörmətli qonaqlar, həmkarlarım.
Beş ildən az vaxt öncə - bu cür möhtəşəm yeni hava limanı terminalının texniki əsaslandırma işlərinin başa çatdırılmasından sonra bu cür tikintini qısa müddətdə layihələndirmək və başa çatdırmaq həm texniki, həm də təkmil konstruksiya və hava limanı sistemlərinin mürəkkəbliyi baxımından demək olar ki, rekord sayıla bilər.
AZAL üçün bu cür gözəl binanı yaratmaq məqsədilə vahid komanda kimi işləmiş hər kəsə minnətdarıq. Onlar ürəkdən çalışmış, peşəkarlığını, səbrini və bacarıqlarını nümayiş etdirmiş şəxslərdir. Əminəm ki, bu hava limanı həm gözəlliyi, həm innovasiyaları ilə beynəlxalq nüfuz qazanacaqdır.
Layihənin uğurlu olmasına, həyata keçirilməsinə töhfə vermiş və bu cür qətiyyətlə çalışmış bütün şirkətlərə AZAL adından minnətdarlığımı bildirmək istəyirəm. Bizimlə işləmiş şirkətlər aşağıdakılardır:
Tikinti podratçısı kimi çıxış etmiş, bütün inşaat işlərini aparmaq, "MEP" sistemlərini və peşəkar havalimanı avadanlığını "SITA" alt podratçısı vasitəsilə quraşdırmış "MAPA" şirkəti.
Binanın heyrətləndirici fasadının dizaynını vermiş və tikmiş "WAAGNER-BIRO" şirkəti, memarlar Woods Bagot, struktur, seysmik və "MEP" sistemlərin quruluşuna cavabdeh mühəndislər Buro Happold, müsafirlərin gördüyü və toxunduğu yeni innovativ interyer dizaynını təmin etmiş AUTOBAN şirkəti, müasir baqajların idarə edilməsi sisteminin dizaynı və quruluşunu təmin etmiş "VANDERLANDE", sərnişinlərin teleskopik traplara daxil olma platformalarını quraşdırmış CAVAG, bütün lift və eskalatorları təmin etmiş "SCHINDLER" şirkəti.
Əlavə olaraq, biz aerovağzalın görünüşünün mühüm hissəsini bu cür tərtib edən müəssisələr adından bütün podratçılara öz təşəkkürümüzü bildiririk.
Belə bir mühüm layihədə iştirak etmək hamımız üçün şərəf və iftixar oldu.
AZAL-ın təkliflərini, layihəyə dəstək vermiş heyətin mühüm və dəyərli töhfəsini də yaddan çıxarmırıq.
Azərbaycanın bu cür qonaqpərvər təəssürat bağışlayan qapılarının yaradılmasında yorulmadan çalışan hər bir şəxsə səmimi minnətdarlığımızı bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB