Bəzi siyasi faktorların təsiri ilə qəbul edilən “erməni soyqırımı”

Bəzi siyasi faktorların təsiri ilə qəbul edilən “erməni soyqırımı”

25 aprel tarixi yaxınlaşdıqca ermənilərin dünyada qondarma "erməni soyqırımı" təbliğatını daha da artırmaq iddialları geniş vüsət almağa başlayır. Belə ki, Türkiyəyə qarşı yönəldilən qondarma "erməni soyqırımı" iddiaları həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət edir. Məlum olduğu kimi, hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma "erməni soyqırımı"na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara əl atırlar. Ermənipərəst mövqedən çıxış edən, yaxud "erməni məsələsi"ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr, imperialist mərkəzlər də bu qondarma iddiaları dəstəkləyirlər. Saxta "erməni soyqırımı" iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Əminliklə demək olar ki, bu məsələyə müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsaslarının araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzli mahiyyət daşıyır. Çünki məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır.

1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxıb.

Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikiya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlayıb. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini əvəzləyib. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələnib. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirib.

Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilib. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

Onu da deyək ki, dünyanın öndəgedən ölkələri də "erməni soyqırımın"ı tanımadığını və bunun yalnız yalan təbliğat olduğunu bildirirlər.

ABŞ-nın elm adamları da soyqırım iddiasını erməni uydurması hesab edirlər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlub. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm".

J. Şmidt xatırladıb ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin səslənməsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən ən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var.

J. Şmidt onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsinin olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək D. Qriqoryanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.

Artıq qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb".

Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə qondarma "erməni soyqırımı"nın tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib.

Qondarma "erməni soyqırımı" haqda Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi, dossent Nuru Məmmədov da münasibət bildirib: "Ermənilər qondarma "erməni soyqırımını" geniş şəkildə təbliğ edirlər. Ermənilərin yalandan soyqırım adı ilə bütün dünya ictimaiyyətinə təqdim etdiyi bu məsələ heç də həqiqətə uyğun deyil. Ona görə ki, arxivi sənədlərə diqqətlə baxsaq görərik ki, "erməni soyqırımı" heç bir həqiqətə əsaslanmır. Əslində həmin hadisələr türklərin özlərinə qarşı yönəldilmiş siyasət idi. Çünki Türkiyənin daxilində olan ermənilər Osmanlı imperiyasına içəridən və arxadan zərbə vuraraq süqut elətdirmək istəyirdilər. O zaman ki, Osmanlı paşası xüsusi fərman imzalayaraq onları zərərsizləşdirmək və erməniləri bu yerlərdən başqa yerlərə köçürülməsi haqda sənəd imzaladılar. Hətta bu sənəddə ermənilərin öz mal-mülklərini də aparmaqları haqda şərait yaratmışdılar. Amma ermənilər həmin hadisələri şişirtməyə başladılar. Onu da deyim ki, mart, aprel, may aylarında ermənilər türkləri qırıblar.

Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. Ermənilər əvvəlcə ölənlərin sayının 300 min, bir müddət sonra artıraraq 600 minə, daha sonra ilə hətta 1 milyon olduğunu söyləyirdilər. İndi isə 7 milyon yarım erməni məhv olunduğunu iddia edirlər. Bunların hamısı absurd fikirlərdir və heç biri həqiqətə uyğun deyil. Hətta 1923-cü ildə erməni liderləri təsdiqlədilər ki, artıq söylədikləri yalanlara heç kim inanmır və bunu daha da qabartmaq lazım deyil. Bu da sübut edir ki, "erməni soyqırımını" ermənilərin özləri planlaşdırdığı yalandan başqa bir şey deyil".

Onu da xüsusilə diqqətinizə çatdıraq ki, qondarma "erməni soyqırımı"nın 100 illiyi yaxınlaşdıqca xaricdə fəaliyyət göstərən erməni icmaları aktivliklərini artırırlar.

ABŞ-ın Kaliforniya ştatının iri şəhərlərindən sayılan Pasadenada yerli erməni diasporu Ermənistan respublikası xaricində ən böyük soyqırımı abidəsinin tikintisi ilə bağlı hazırlıqlara başlayıblar. Memorial kompleksin memarlıq planı təsdiq olunub və tezliklə tikinti işlərinin başlanması gözlənilir.

Soyqırımı abidəsinin 2015-ci il aprelin 24-də "erməni soyqırımını"ın 100 illiyi münasibətilə açılması planlaşdırılır. Memoril abidənin tikintisinə nəzarət edəcək şəxslər arasında Pasadena şəhərinin keçmiş meri Billi Paparyan, Fresno dairəsinin polis rəisi (baş şerif) Bernar Melekyan və s. erməni əsilli amerikalılar var.

Qeyd edək ki, Los Ancelesin 19 kilometr cənubunda yerləşən və 146 min nəfər sakinin yaşadığı Pasadenada böyük erməni icması məskunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə