Azərbaycan Dövlət Aqrar Universitetində Qafqaz Universitetinin rektoru Ahmet Saniçlə Aqrar Universitetinin rektoru İbrahim Cəfərov arasında rəsmi görüş keçirilib. SİA-nın xəbərinə görə, səfərin məqsədi E-NOTS layihəsi ilə bağlı monitorinqin və layihənin növbəti mərhələlərinin icrası, müzakirələrin aparılması, universitetin layihələrlə işləmə mexanizmlərinin araşdırılması, eyni zamanda mövcud elmi-tədris potensialı və maddi-texniki bazası ilə tanışlıq olub. Qafqaz universitetinin rektoru Ahmet Saniçlə İbrahim Cəfərov arasında tədris və təhsil mexanizmləri, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetində Türkiyə təcrübəsindən istifadə üsulları ərtafında fikir mübadiləsi aparılıb.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB