“Düşünən daşlar” layihəsi reallaşdırılıb

“Düşünən daşlar” layihəsi reallaşdırılıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Düşünən daşlar" layihəsi həyata keçirilib. SİA-nın məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd heykəltəraşlıq sənətini gənclər arasında inkişaf etdirmək, gənclərin busahəyə marağını daha da artırmaq, bu sənətlə məşğul olan gənclərin əl işlərinin sərgisini təşkil etmək və gəncləri mükafatlandırmaq idi.

Layihə çərçivəsində 50-yə yaxın gənc öz əl işlərini layihəyə təqdim edib, onlardan seçilən ən yaxşı işlərin sərgisi təşkil edilib.

Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı I, II və III yer sahibləri sertifikat və mükafatlarla təltif olunublar.

Qeyd edək ki, layihəyədə iştirak etmiş iştirakçıların işlərinin kataloqu hazırlanıb və ictimaiyyətə təqdim olunması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə