Standartlaşdırma üzrə Elmi Texniki Komissiyanın 47-ci iclası başlayıb FOTO
Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (MQS) Standartlaşdırma üzrə Elmi Texniki Komissiyasının (NTKS) 47-ci ilcası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə MDB ölkələrindən dəvət olunan mütəxəssislər iştirak edib. Bugünkü iclasda müdafiə sənaye məhsullarına dair yeni Dövlətlərarası standartların hazırlanması haqqında müzakirələr aparılıb.
İclasda çıxış edən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, Azərbaycan 1994-cü ildən MQS-nin üzvü seçilib: "İclasın cədvəlində 30-a yaxın məsələnin müzakirəsi nəzərdə tutulub. Bura həm inzibati məsələlər, həm də müxtəlif sahələr üzrə regional standartların hazırlanması üzrə proqramların tərtib olunması daxildir. İclasda həmçinin MQS-nin 2015-ci ilə qədər olan fəaliyyət planı, dövətlərarası standartlaşmanın inkişaf etdirilməsi üzrə iş proqramı, beynəlxalq standartlarla harmonizasiya məsələləri və bir sıra dövlətlərarası standartların qəbulu və ya ləğvi məsələləri iclasın gündəliyinə salınıb".
Qeyd edək ki, iki gün davam edəcək iclas Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB