Gənclər və İdman Nazirliyinin fəaliyyətində korrupsiya faktları ilə bağlı yazılanlar yanlışdır RƏSMİ AÇIQLAMA

Gənclər və İdman Nazirliyinin fəaliyyətində korrupsiya faktları ilə bağlı yazılanlar yanlışdır RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Hesablama Palatası Gənclər və İdman Nazirliyinin fəaliyyətində korrupsiya faktları ilə bağlı yazılanlara aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəzi informasiya agentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilib. Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatıb obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib.

Audit zamanı aşkar edilən nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.

Məlumatın birtərəfli qaydada verilməsi və konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzli mövqe kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə