701 saylı briqadanın şərəfli döyüş yoluna həsr olunan tədbir keçirilib
Bu gün Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhramanlığın hərbi qulluqçular və gənclər arasında təbliği" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, sözügedən layihə Bakı şəhərinin ümumtəhsil ocaqlarında, Müdafiə Nazirliyinin təlim və tədris müəssisələrində, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq sahələrində icra edilir. Layihənin məqsədindən danışan Əzizağa Qəni-zadə deyib ki, layihənin başlıca məqsədi hərbi xidmətə çağırılacaq gəncləri, hərbi hərbi xidmət keçən hərbiçiləri düşmənin hər hansı təcavüz cəhdinin dəf olunmasında və ölkənin ərazi bütövlüyünün müdafiəsində Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinə malik olduğuna əmin etməklə yanaşı, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməkdir.
Daha sonra birlik sədri Kəlbəcərin işğalı zamanı 701 saylı briqadanın göstərdiyi qəhramanlıqlardan söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təməl daşını qoyan və ağır döyüşlərdə formalaşan 701 saylı hərbi hissə Kəlbəcər, Ağdərə, Laçın, Füzuli, Ağdam, Tərtər rayonlarında düşmənə qarşı döyüşlərdə dəfələrlə kütləvi qəhramanlıq göstərib. Tədbirdə Kəlbəcər döyüşlərində formalaşan 701 saylı hərbi hissənin şərəfli döyüş yoluna həsr olunan filmin nümayişi olub.
Daha sonra "701 kəlbəcərlilərin xilasında" adlı rəsm əsərinin müəllifi rəssam Əmirxan Nuar kəlbəcərlilərin xilasında 701 saylı briqadanın göstərdiyi şücaətdən danışıb.
Tədbirdə 701 saylı briqadanın sabiq komandiri polkovnik Əzizağa Vəlizadə və hərbi hissənin qəhrəman döyüşçüləri xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB