“Südwest Presse Online”: “Azərbaycanda peşə təhsili: Almaniya nümunəsində”
Almaniyanın "Südwest Presse Online" elektron mətbuatında Azərbaycan "Günün mövzusu" elan edilmiş və jurnalist Vilhelm Hölkemayerin "Azərbaycanda peşə təhsili: Almaniya nümunəsində" sərlövhəli məqaləsi verilib.
Məqalədə təhsil sektorunun inkişaf etdirilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biri kimi oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, 9,25 milyon əhalisinin dördə birinin 15 yaşdan aşağı olduğu ölkədə gənclərin yaxşı təhsil alması hökumətin ən mühüm vəzifələrindən biri elan edilib. Azərbaycan Avropa İttifaqı daxilində ixtisasların harmoniyasına xidmət edən Bolonya prosesində iştirak edir. Azərbaycanın Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fariz Rzayevə istinadən qeyd olunur ki, "1990-cı illərdə xaricdə təhsil alan azərbaycanlı gənclərin yalnız kiçik qismi ölkəyə qayıdırdısa, hazırda onların hamısı Vətənə gəlir və özəl sektorda münasib işlə təmin olunurlar".
Məqalədə bildirilir ki, peşə təhsili sahəsində daha çox iş görülməlidir. Azərbaycanın xarici işlər nazirinin müavini M.Məmmədquliyev bildirir ki, "Müstəqilliyin bərpasından sonra hər şeyi sıfırdan başlamalı olmuşuq. Biz alman nümunəsində paralel peşə təhsilinə istiqamətlənirik".
Bu işdə vasitəçiliyi əvvəllər Bundestaqın deputatı olmuş, 2010-cu ildən Azərbaycanın Ştutqartdakı fəxri konsulu olan Otto Hauzer həyata keçirir. Tezliklə 20 nəfər azərbaycanlı pedaqoqdan ibarət qrup Almaniyanın Esslinqen şəhərində Müəllimləri Təkmilləşdirmə Akademiyasında peşə təhsili üzrə ixtisas kursu keçəcək. Azərbaycanda yeni model üzrə ilk peşə təhsili məzunları tikinti, mexatronika və kimya sənayesi sahələrində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB