Əhalinin 85 faizı tibbi yoxlamadan keçirilib

Əhalinin 85 faizı tibbi yoxlamadan keçirilib

Göygöl rayonunda əhalinin tibbi müayinəsi mərkəzi xəstəxana ilə yanaşı kənd və qəsəbələrdə yerləşən tibb ocaqlarındada aparılır. SİA-nın verdiyi xəbərə görə, bu günədək 34 yaşayış məntəqəsi üzrə müayinələr başa çatdırılıb. Ümumilikdə isə 30215 nəfər tibbi yoxlamaya cəlb olunub.

Müayinələr rayon sakinlərində ciddi yolxucu xəstəliyin aşkarlanmadığını deməyə əsas verir. Müayinədən keçən vətəndaşlardan 6507 nəfəri ambulator, 134 nəfəri isə stasionar müalicəyə cəlb olunub. Sağlıq durumunda nisbətən ciddi fəsadları olan daha 25 nəfərə isə paytaxtın ixtisaslaşdırılmış xəstəxanalarına göndərişlər verilib.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə