Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edib FOTO

Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edib FOTO

Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edib. Şəmkirdə təşkil olunan qəbulda bu rayonla yanaşı Qazax, Tovuz, Ağstafa və Gədəbəydən olan sakinlər iştirak edib. SİA-nın məlumatına görə, müraciətlər qəbul imtahanları öncəsi test-sınaq imtahanlarının sayının artırılması, çağırış yaşı çatan gənclərə möhlət hüququnun verilməsi və imtahan sualları ilə bağlı olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşları fərdi qaydada dinləyərək onlara müvafiq tövsiyyələrini verib. Ümumilikdə görüşdə 80 nəfər vətəndaş iştirak edib. Sakinlər problemlərin həlli istiqamətində bölgələrdə bu cür qəbulların təşkilini məqsədə uyğun hesab ediblər.

Qeyd edək ki, görüşdə digər məsələlərlə bağlı müraciətlər də edilib ki, onlarda aidiyyatı üzrə çatdırılması üçün qeydə alınıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə