Gəncədə ürək xəstəliyi cavanlaşır. Gəncə şəhər Kardioloji Xəstəxanasından SİA-ya verilən məlumata görə, əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Həkimlər bildirir ki, infarktın baş verməsi halları daha çox kişilər arasında təsadüf olunur. Respublikanın digər bölgələrindən fərqli olaraq, Gəncə və Gəncəbasar zonasında ürək-damar xəstəliyindən əziyyət çəkənlər daha çoxdur. Bu da əsasən mühit və qidalanma ilə bağlıdır.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB