Peyvəndləmə həftəsi çərçivəsində uşaqlar yaş həddinə uyğun bir sıra xəstəliklərə qarşı peyvənd olunurlar. Hər il olduğu kimi, bu ildə səhiyyə nazirliyinin qrafikinə uyğun olaraq aprel ayının 21-dən 26-dək Gəncədə də 5 yaşadək uşaqlar arasında immunlaşdırma həftəsi keçirilir. SİA-nın məlumatına görə, ümumilikdə həftə çərçivəsində respublika üzrə 11 xəstəliyə qarşı peyvəndləmə aparılır. Uşaqlar əsasən difteriya, vərəm, polimelit, göy öskürək, titanus, hepatit B, qızılca, məxmərək və yeni pnevmaniya əlehinə peyvənd olunurlar.
Qeyd edək ki, həftə çərçivəsində valideynlərin övladlarını qeydiyyatda olduqları ərazi uşaq poliklinikalarında peyvənd etdirmələri vacib sayılır.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB