Azay Quliyev: “QHT heç zaman bağlı qapı arxasında fəaliyyət göstərməməlidir” XƏBƏRDARLIQ

Azay Quliyev: “QHT heç zaman bağlı qapı arxasında fəaliyyət göstərməməlidir” XƏBƏRDARLIQ

Qeyri Hökumət Təşkilatları (QHT) elə bir qurumdur ki, onun adını çəkiləndə demokratiya, şəffaflıq, aşkarlıq və insanlara təmənnasız xidmət yada düşür. Əgər QHT-lər buna əməl etmirsə, deməli o ümumiyyətlə QHT deyil". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, QHT heç zaman bağlı qapı arxasında fəaliyyət göstərməməlidir: "QHT-nin heç zaman gizli gündəliyi, ictimaiyyətə qapalı fəaliyyəti olmamalıdır. Ona görə də, bizim bu gün QHT-lərdən istəyimiz və tələbimiz çox sadədir. Azərbaycanın qanunlarına, konstitusiyasına, beynəlxalq hüquq normalarına və konvensiyalara, ümumiyyətlə QHT-lərin fəlsəfəsinə riayət etməkdir. Biz bu baxımdan iki istiqamətdə iş aparırıq, birinci onları bilik və bacarıqlarını artırıq, lazımi təlimlərə cəlb edirik, digər tərəfdən isə müəyyən mənada öz səlahiyyətlərimiz çərçivəsində inzibati tədbirlər görürük".

"Doğurdan da çox acınacaqlı bir haldır ki, bu gün 1695 QHT aprelin 1-ə qədər qanunvericiliyə uyğun şəkildə özlərinin fəaliyyəti haqqında maliyyə hesabatını maliyyə nazirliyinə təqdim etməyiblər: "Hesab edirəm ki, bu, çox böyük bir boşluqdur. Orada elə adlar var ki, həqiqətən də kifayət qədər tanınmış QHT-lərdir. Bu hal bizdə çox ciddi narahatçılıq və təəccüb hissi doğurdu. Əgər onlara yaradılan əlavə 30 gün müddətində, yəni aprelin 30-a qədər müvafiq qaydada hesabatları verməsələr həmin QHT-ləri çox ağır sanksiyalar gözləyir. Hüquqi və vəzifəli şəxslər, QHT-lər onlara verilən vaxta qədər hesabatları təqdim etməsələr onları 10 min manata qədər sanksiyalar gözləyir. Aprelin 3-də Milli Məcilisdə məsələni qaldırdım və QHT-lərə çağırış etdim. Düşünürəm ki, həmin QHT-lər qısa müddət ərzində bu hesabatı verəcəklər. əks tədqirdə onlar qanunvericilik qarşısında məsuliyyət daşıyacaqlar. Buna görə də, onlar özlərindən başqa heç kimi günahlandırmasınlar, - deyə A.Quliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə