"Aprel 22-dən 23-nə keçən gecə Bakıda və Abşeron yarımadasında qısa müddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, paytaxtda və yarımadada havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq: "Sabah ölkənin bölgələrində rayonlarında gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir".
Baş hidroloq bildirib ki, aprelin 23-də gündüz saatlarından başlayaraq yağış tədricən kəsiləcək. temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB