Bu günlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təbliği məqsədilə Salyan şəhər 1 və 3 saylı tam orta məktəb və Salyan rayonu Sarvan kənd tam orta məktəblərində silsilə tədbirlər keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müvəkkilin Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq, Cəlilabad Regional Mərkəzi tərəfindən əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədi ilə keçirilən tədbirlərdə MFP-nin mahiyyəti, əhəmiyyəti, ölkəmizdə insan hüquqlarının təmin edilməsi prosesinin yeni müstəviyə keçməsi, bu sahədə bir çox nailiyyətlərin əldə olunması, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu proqramın insan hüquqlarının inkişafına təkan verən mühüm sənəd olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Habelə, tədbir iştirakçılarına Müvəkkilin həmin sənədin icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirməsi barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB