"Bu gün səhər saat 11:00-dan etibarən Azneft dairəsi ilə Dövlət Bayrağı meydanı istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bayraq meydanından Azneft dairəsi istiqamətində isə xətlənmə işləri hava şəraiti normal olarsa, sabah - aprelin 23-də həyata keçiriləcək". SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
O bildirib ki, görüləcək işlərlə əlaqədar yolda nəqliyyatın hərəkətı bu gün Bayraq meydanı istiqamətində, sabah isə əks istiqamətdə məhdudlaşdırılacaq: "Bu gün axşam həmçinin saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlərin aparılmasına başlanacaq. Bununla bağlı Keykab Səfərəliyeva küçəsində hərəkət tam, Dilarə Əliyeva küçəsində qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB