Zabitlərimiz ABŞ-da seminarda iştirak edəcəklər

Zabitlərimiz ABŞ-da seminarda iştirak edəcəklər

Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 23-dən 2015-ci ilin yanvar ayının 16-dək San Antonio şəhərində (ABŞ) ingilis dili təlimatçıları üçün təməl kursu və aprel ayının 23-dən may ayının 1-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə seminarı keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə