AMEA-nın Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun nailiyyətləri

AMEA-nın Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun nailiyyətləri

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu bir sıra mühüm nəticələr əldə edib. SİA-nın xəbərinə görə, institutun həyata keçirdiyi nailiyyətlər aşağıdakılardır:

1. İlk dəfə olaraq müasir LİSEM (Limburg Soil Erosion Model) modelindən istifadə olunmaqla İsmayıllı rayonunun şərq hissəsində yerləşən və hovzəsinin sahəsi 37 kv.km olan Mücüçay hovzəsi üçün torpaq eroziyasının fiziki modeli hazırlanıb və bu model əsasında hövzənin mövcud və potensial rəqəmsal eroziya xəritələri tərtib olunub.

2. Müasir texnologiyalardan istifadə etməklə ilk dəfə Ağsu rayonu üçün aktual və potensial eroziya təhlükəlilik xəritələri işlənib. Hazırlanan aktual və potensial eroziya təhlükəlilik xəritələri gələcəkdə baş verə biləcək eroziya proseslərin qarşısını almaq məqsədilə qabaqcadan müxtəlif aqrotexniki, aqromeliorativ və aqroekoloji tədbirlər planının gecikmədən işlənilib hazırlanmasına imkan verir.

3. Boyük Qafqazın Azərbaycan hissəsində eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin köməkliyi ilə birinci mərhələ kimi buraya daxil olan rayonların torpaq xəritələri rəqəmsallaşdırılıb. Sonrakı mərhələdə mövcud və potensial eroziya xəritələrinin tərtibi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə