"On ilə yaxındır ki, Azərbaycanda kənd təsərüffatının inkişafı istiqamətində müəyyən tədbirlər görülür. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar Cənab Prezidentin göstərişinə uyğun olaraq "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da qəbul edilib. Kənd təsərüffatı ilə məşğul olanlar vergilərdən də azad edilib. Bunların hamısı Azərbaycanda ərzad təhlükəsizliyinin təmin edilməsi üçündür. Buna baxmayaraq, bəzi problemlər var". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, kənd təsərüfatı daima diqqət tələb edən sahədir: "Əhalinin 40 faizə yaxını kənd təsərüffatı ilə məşğul olduğu üçün bu sahəyə həmişə diqqət lazımdır. Cənab Prezidentin bu istiqamətdə fərman imzalaması da sözügedən sahənin inkişafına hesablanmış növbəti addımdır. Faktiki olaraq bütün rayonlarda insanlar kənd təsərüffatı ilə məşğul olurlar. Ancaq kəndlərdə bu sahə ilə məşğul olan struktur yox idi. Cənab Prezidentin imzaladığı fərmanda bu istiqamətdə işlərin həlli də öz əksini tapıb. Yəqin ki, Kənd Təsərüffatı Nazirliyinin strukturlarında da bir sıra yeniliklər olacaq".
Millət vəkili torpaq problemlərindən də söz açıb: "Ən ciddi məsələlərdən biri torpaqla əlaqədardır. Karroziyaya uğramış, şoranlaşmış torpaqların münbit səviyyəyə gətirilməsi, istifadə olunmayan özəlləşmiş torpaqların dövlətə qaytarılması kimi məsələlər həll olunmalıdır. Fərman çox geniş bir sahəni əhatə edir".
V. Əhmədov hər rayonun öz xüsusiyyətləri olduğunu deyib: "Hər regionun öz təbiəti, xüsusiyyəti, fərqlənən sahələri var. Doqquz iqtisadi zonamız var. Məsələn, Quba-Xaçmazda meyvəçilik və tərəvəz, Lənkəran-Astarada çayçılıq və tərəvəz daha çox inkişaf edir. Bu sahədə yeni kadrların hazırlanmasına ehtiyac var. Azərbaycanda bu sahədə kadr hazırlığı çox yüksək olub. Lakin son zamanlar kalxozlar və sovxozlar dağılandan sonra, bu sahənin adamları başqa işlərlə məşğul olmağa başlayıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB