2 yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq sürücülərin nəzərinə!
Bu gecə Bakıda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, əgər hava şəraiti normallaşarsa, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Həsənoğlu küçəsində və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB