"Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. Çünki bu günə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb". SİA-nın xəbərinə görə, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında deyib.
Onun sözlərinə görə, "Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır: "Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq".
Qeyd edək ki, bu gün səhər 8:00 radələrində Bakının Nobel prospektində yolun şəhər istiqamətinə gələn hissəsində çökmə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB