Lerikdə birinci rübün yekunları ürəkaçan olub FOTOLAR

Lerikdə birinci rübün yekunları ürəkaçan olub FOTOLAR

2014-cü ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı Lerik RİH başçısı yanında şuranın iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək iclasın gündəliyində duran məsələləri qeyd edib, aprelin 13-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqində respublikamızdakı iqtisadi və siyasi vəziyyətin dərindən təhlil olunduğunu, əldə edilmiş uğurların qiymətləndirdiyini, qarşıda duran vəzifələr və onların həlli yollarının dəqiq müəyyən edildiyini diqqətə çatdırıb. Bildirib ki, respublikamızda aparılan uğurlu iqtisadi islahatlar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 26 km-lik Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə verilib, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb, tikinti işləri sürətlə davam etdirilir. 4 kənd məktəbində yeni tikinti, bir kənd məktəbində əsaslı təmir işləri aparılır. Cənab Prezidentin tapşırığına əsasən tikintisi aparılan modul elektrik stansiyasında son tamamlama işləri aparılır, Lerik şəhər əhalisinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin qurulması, kəndlərin qazlaşdırılması işləri davam etdirilir.

2014-cü ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının müavini - sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə edib. Əldə olunan uğurlar, aparılan tikinti-quruculuq işləri, yeni iş yerləri barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb və qarşıda duran vəzifələr qeyd edilib.

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin məktəblilərə öyrədilməsi istiqamətində Heydər Əliyev Mərkəzində keçirilən açıq tarix dərslərinin tədrisinin vəziyyəti barədə məlumat verib.

Gündəlikdəki məsələlərlə bağlı mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, paylayıcı elektrik şəbəkəsinin rəisi İxtiyar İmanov, tarix müəllimi Qafur Xosiyev çıxış ediblər.

Sonda qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə