"Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova belə deyib.
Onun sözlərinə görə, aprelin 22-də paytaxtda və yarımadada havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti olacaq: "Ölkənin bölgələrində sabah bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək".
Şöbə müdiri bildirib ki, tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB