Nobel prospektində yol çöküb. SİA-nın məlumatına görə, hadisə prospektin Bakı Neftayırma Zavodunun yaxınlığında, yolun şəhər istiqamətində olan hərəkət zolağında qeydə alınıb. Hazırda hadisə yerində "Azəryolservis" ASC və "Azərsu" ASC-nin əməkdaşları problemin aradan qaldırılması üçün tədbirlər görürlər.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev SİA-ya açıqlamasında bildirib ki, çökmə səhər saat 8:00 radələrində baş verib.
Onun sözlərinə görə, yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, nəticədə asfalt-beton örtüyü çöküb.
P. Mürsəliyev qeyd edib ki, problemin aradan qaldırılması üçün yolda qazıntı işlər aparılan zaman hərəkət məhdudlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB