İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Campaolo Kutilo və xanımı Elizabetta Kutilo Azərbaycan Tələbə gənclər təşkilatları İttifaqının(ATGTİ) qərargahında qonaq olublar. SİA-nın məlumatına görə, səfir və xanımı ilk öncə ATGTİ-nin qərargahı və əməkdaşları ilə tanış olublar. Daha sonra ATGTİ-nin sədri Şahin İsmayılov Campaolo Kutilo və xanımı Elizabetta Kutiloya ATGTİ-nin fəaliyyəti haqqında məlumat verib. Campaolo Kutiloya Azərbaycan gənclər siyasətinin qazandığı uğurlardan bəhs olunub. Şahin İsmayılov qeyd edib ki, ATGTİ fəaliyyəti dövründə 500 dəm çox irimiqyaslı yerli və beynəlxalq layihələr reallaşdırıb.
Səfir də ATGTİ-nin qərargahında olmağından məmnunluğunu bildirib və iki ölkə arasında olan gözəl münasibətlərdən və onların daha da inkşaf edəcəyindən söz açıb. Səfir gələcəkdə səfirlik və ATGTİ arasında əlaqələrin genişlənəcəyinə inandığını və birgə layihələrin reallaşdırılmağının vacibliyini qeyd edib.
Sonda Campaolo Kutilo və xanımı Elizabetta Kutilo "Virtual Qarabağ" İKT mərkəzi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB