Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xəbər verilib.
Məlumata əsasən, həftənin ilk iş günündə paytaxtda və yarımadada havanın temperaturu gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.
Ölkənin bölgələrində hava nisbətən yağmurlı keçəcək, arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB