Ərdoğan prezident seçkilərində iştirakı barədə qərarı mayın ortalarında qəbul edə bilər
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində iştirakı barədə qərarı mayın ortalarında qəbul edə bilər. Bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınç şənbə günü deyib.
Onun sözlərinə görə, əgər baş nazir dövlət başçısı postuna namizədliyini irəli sürsə, Türkiyə prezidenti Abdulla Gül baş naziri dəstəkləyəcək.
"Ümid edirik ki, avqustda keçirilən prezident seçkiləri partiyamızın növbəti uğuru olacaq", - Arınç deyib.
Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-nə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB