Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib
Aprelin 19-da Əziz Əliyev adına Azərbayсan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və "Qafqaz Media" İctimai Birliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra mərasim iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramlarını bildirmiş, məzarı üzərinə tər çiçəklər düzüblər.
"Qafqaz Media" İctimai Birliyinin ofisində davam edən mərasimdə qurumun sədri, həkim-jurnalist Azadə Hüseynova, tibb üzrə elmlər doktoru, professor Natəvan Fərəcova, nevroloq Fazilə Səlimova görkəmli oftalmoloq alim, gözəl insan, qayğıkeş ana, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə, xüsusilə oftalmologiyasına gətirdiyi yeniliklərdən danışıblar.
Görkəmli oftalmoloq alimin gənc kadrların yetişməsində böyük əməyindən söhbət açılmış, onun tibb elmimizin inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB