Təhsil Nazrliyi jurnalistləri mükafatlandırdı

Təhsil Nazrliyi jurnalistləri mükafatlandırdı

Bu gün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri və media qurumlarının rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini C. Bayramov bildirib ki, KİV-nin cəmiyyətin bütün sahələrinə təsiri danılmaz həqiqətdir: "Media bütün sahələrdə olduğu kimi təhsildə baş verən proseslər barəsində də cəmiyyətdə fikir formalaşdırır. Son 1 il ərzində Təhsil Nazirliyi KİV nümayəndələri ilə münasibətləri daha da yaxşılaşdırıb. Hesab edirəm ki, gələcəkdə bu münasibətlər daha da güclənəcək. Çıxış edən KİV DF-nin icraçı direktoru V. Səfərli deyib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim olunub. "Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla, hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşib".

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov çıxış edərək yazı müsabiqəsinin keçirilməsini yüksək dəyərləndirib.

Sonda qaliblərə diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki mükafatlandırılanlar arasında "Səs" qəzetinin müxbiri Nəzakət Bayramova da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə