Buteflika 4-cü dəfə prezident seçilib

Buteflika 4-cü dəfə prezident seçilib

Əlcəzairdə keçirilən prezident seçkilərində xalq bir daha Əbdüləziz Buteflikanı seçib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 81,53 faiz səs toplayan Buteflika bununla da 4-cü dəfə prezident seçilib.

Buteflika tərəfdarları zəfərlərini elan edərkən müxalifət seçkilərdə saxtakarlıq olduğunu irəli sürərək reaksiya göstərib.

Ötən il iflic olan 77 yaşındakı Buteflika həmin səbəbdən seçki fəaliyyətlərinə qatıla bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə