“Euro info” jurnalında “Azərbaycan” sərlövhəsində məqalə nəşr olunub

“Euro info” jurnalında “Azərbaycan” sərlövhəsində məqalə nəşr olunub

Polşada böyük tirajla çap edilən "Euro info" jurnalında "Azərbaycan" sərlövhəsində məqalə nəşr olunub. SİA-nın AzərTAca-a istinadən verdiyi xəbərə görə, Jurnalist Bartoş Mendıkın məqaləsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadə ilə bağlı görülən işlər, kənd təsərrüfatı sektorunda həyata keçirilən islahatlar, fermer təsərrüfatları üçün yaradılan şərait və bu sahəyə xarici investorların cəlb olunması haqqında geniş məlumat verilib. Yazıda kənd təsərrüfatının ölkə iqtisadiyyatının önəmli sahələrindən biri olduğu vurğulanıb.

Azərbaycanın turizm potensialından bəhs edən müəllif ölkədə bütün fəsillər üzrə turizm mərkəzlərinin olduğunu, həmin mərkəzlərdə beynəlxalq standartlara uyğun şəraitin yaradıldığını, o cümlədən müasir mehmanxanaların inşa edildiyini, turizm marşrutlarının salındığını oxucuların diqqətinə çatdırıb.
Məqalədə Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafı ilə bağlı məlumatlar da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə