Heydər Əliyev Fondu 2 yaşlı uşağın müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu 2 yaşlı uşağın müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan uşağın müalicəsini üzərinə götürüb. SİA bu barədə millət vəkili Qənirə Paşayevanın "Facebook" səhifəsinə istinadən xəbər verir.

Millət vəkili öz səhifəsində bildirib ki, 2 yaş 6 aylıq Qasımov Ömərin müalicəsinin fond tərəfindən qarşılanacaq: Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər".

Uşağın anası Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürdüyünü deyib. "İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən sağlığına qovuşacaq, minlərlə uşaqlar kimi ailəsi və millətimiz üçün xeyirli övlad olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə