Bu gün Milli Televiziya və Radio Şurasında Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün Prezidentin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq yaradılan Bədii Şuranın üzvləri ilə görüş keçirilib. MTRŞ-dan SİA-ya verilən xəbərə görə, Bədii Şuranın üzvləri tərəfindən Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün görülən işlər barədə ətraflı məlumat verilib.
Bədii Şuranın üzvləri- AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Fəxərddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Azad Şükürov tərəfindən telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürülüb.
Milli Televiziya və Radio Şurasında növbəti görüş Space televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılan Bədii Şuranın üzvləri ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB