ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri Balaxınıda olublar FOTO
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları İdarəsinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının iş prosesi ilə tanış olublar. "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov qonaqlara zavodların fəaliyyəti və onların ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu barədə məlumat verib.
"Təmiz Şəhər"ASC-dən SİA-ya verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları İdarəsinin müdiri xanım Culia Neşeyvat zavodların işini yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB