Hesablama Palatasının əlavə səlahiyyətləri olmalıdır təklif

Hesablama Palatasının əlavə səlahiyyətləri olmalıdır təklif

Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub. SİA-nın xəbərinə görə, bu təkliflə iqtisadçı millət vəkili Vahid Əhmədov çıxış edib.

O, Hesablama Palatasının aşkar etdiyi qanunazidd əməlləri törədənlərin bəzi dövlət qurumlarında cəzalandırmağının vacibliyini bildirib: "Palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib".

V. Əhmədov qurum tərəfindən aşkar olunan korrupsiya faktları ilə bağlı ibtidai istintaqın aparılması üçün ona səlahiyyət verilməsini istəyib və bunun Palatanın fəaliyyəti üçün məhsuldar olacağını bildirib.

Palataya səlahiyyətlərin verilməsi üçün eyni təkliflə millət vəkili Zahid Oruc da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə