Əhliman Əmiraslanov: "Azərbaycanda da Kök Hüceyrələri Mərkəzinin yaradılması vaxtı çatıb"

Əhliman Əmiraslanov: "Azərbaycanda da Kök Hüceyrələri Mərkəzinin yaradılması vaxtı çatıb"

Azərbaycanda Kök Hüceyrələri Mərkəzinin yaradılması təklif olunur. SİA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncaqdakı çıxışı zamanı deyib.

Ə. Əmiraslanov deyib ki, bu gün dünyada kök hüceyrələrinin sayəsində çox böyük elmi-tədqiqat işləri aparılır və alınan nəticələrin təbabətdə tədqiq olunur: "Hesab edirəm ki, Azərbaycanda da Kök Hüceyrələri Mərkəzinin yaradılması vaxtı çatıb. Elmin İnkişafı Fondu gələcəkdə bunun yaradılmasını nəzərdə tutsun. Həmin elmi mərkəzdə işləyəcək mütəxəssislərimiz artıq var. Bu gün təkcə İstanbulda 10 belə mərkəz fəaliyyət göstərir. Azərbaycanda da belə mərkəzin yaradılmasına ciddi ehtiyac var".

Akademik bildirib ki, artıq ölkədə Elmin İnkişafı Fondunun dəstəyi ilə Elmi Mikroskopik mərkəz yaradılıb: "Buradan yalnız akademiyanın alimləri deyil, Səhiyyə Nazirliyinin, Həkimləri Təkmilləşdirmə İnstitunun əməkdaşları, müxtəlif klinikaların nümayəndələri istifadə edə bilirlər".

Azərbaycanda gənclərin elmə cəlb edilməsi istiqamətində müxtəlif adlı mükafatların təsis edilməsi istiqamətində işlərin görüldüyünü deyən Ə.Əmiraslanov əlavə edib ki, gənclər üçün ayrıca adlı mükafatlar və akademiya səviyyəsində qrantlar ayrılsa daha yaxşı olar: "Bu gün akademiyanın biologiya və tibb elmləri bölməsində elə institutlar var ki, 10 illərdir avadanlıq əldə edə bilməyiblər. Bu istiqamətdə də akademiyaya kömək etmək lazımdır. Çünki institutlar lazımi avadanlıqlarla təmin edilməsə yüksək elmi nəticələrdən danışmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə