"Aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 9-12, gündüz 20-25, bəzi yerlədə 27 dərəcə isti olacağı gözlənilir: "Həftə sonu ölkənin rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".
Baş hidroloq deyib ki, yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB