Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydin Səfixanlı Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) Lyubov Samokhinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüş zamanı A. Səfixanlı ilk növbədə qonaqlara Ombudsmanın mandatı və səlahiyyətləri haqqında geniş məlumat verərək, Müvəkkilin fəaliyyətinin əsasları yəni Təsisatın ölkənin Konstitusiyasında, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpası məqsədilə təsis edilməsini vurğulayıb.
Habelə, Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti və ona verilən yeni səlahiyyətlər, eyni zamanda qanunvericilikdə edilmiş dəyişikliklər və görülmüş işlər haqqında qonaqlara ətraflı məlumat verilib. Ombudsmanın MPM qrupunun üzvlərinin müntəzəm şəkildə müvafiq müəssisələrə başçəkmələr həyata keçirdiyi, bu sahədə geniş maarifləndirmə tədbirlərinin təşkil edildiyi, dövlət orqanları və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması diqqətə çatdırılıb.
Qonaqları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib və həmin adı çəkilən Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətlər müəyyən edib. Adı çəkilən sənəddə nəzərdə tutulan müddəaların həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin və onların icra mexanizmlərinin müzakirəsi məqsədilə dövlət qurumları və QHT nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirildiyi qeyd edilib. Adı çəkilən sənədin təbliği məqsədilə Ombudsman tərəfindən bütün rayonları əhatə etməklə məhkəmə, prokurorluq, polis və digər dövlət orqanlarının, bələdiyyələrin, icmaların nümayəndələrinin iştirak etdiyi ictimai dinləmələr keçirildiyini diqqətə çatdırılıb. Habelə sözügedən proqramda dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi ciddi halların araşdırılması qanunvericiliklə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, habelə bu sahədə institusional islahatların davam etdirilməsi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə növbəti illər üçün fəaliyyət planının hazırlanması kimi vəzifələr nəzərdə tutulduğu vurğulanıb.
A. Səfixanlı Ombudsmanın Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu, Aparatın məsul əməkdaşlarının bu Akademiyanın ixtisasartırma kursları və treninqlərində dinləyicilərlə mütəmadi görüşdüyünü, insan hüquqları üzrə silsilə mühazirələr oxuduğunu söyləyib.
Qonaq səmərəli görüş və təkliflər üçün təşəkkür edib.
Qonağa "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun beş dildə hazırlanan nüsxəsi, MFP-nin nüsxələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB