Rusiya bakılı gənclərin gözü ilə

Rusiya bakılı gənclərin gözü ilə

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) "Sozvezdiye" gənclərin yaradıcılıq klubunun üzvləri "Rusiya gənclərin gözü ilə" mövzusunda gecə keçiriblər. Tədbir Rusiyada "Mədəniyyət İli"nə həsr edilib.
Əslində bu, yaxın günlərdə Moskvaya təşkil edilmiş səfərlə bağlı xüsusi yaradıcılıq hesabatı idi. Səfər RİMM tərəfindən təşkil edilmiş və Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dəvəti ilə mümkün olub.
Təşkilatçılar sərgi zalında tamaşaçılara "Moskva haqqında xatirələr" mövzusunda maraqlı fotosərgi, Azərbaycan və Rusiya süjetlərindən ibarət vitraj sərgisi təqdim ediblər. Sərginin eksponatlarını klubun üzvləri özləri hazırlayıblar. Klub üzvlərinin Moskva auditoriyalarında təqdim etdikləri mahnı və rəqslərdən ibarət konsert olub.
Tədbirdə "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış edərək deyib: "Sozvezdiye" gənclərin yaradıcılıq klubunun üzvləri çox vacib və faydalı işlər görürlər. İndi Moskva gəncliyi azərbaycanlı qonaqların özlərindən sonra qoyub gəldikləri unudulmaz təəssüratlara əsasən çox cəhətdən bakılıların mədəniyyəti və Bakının gözəlliyi ilə bağlı fikir söyləyəcəklər.
Klubun rəhbəri Münəvvər Muxtarova toplaşanlara xatırladıb ki, iyunda "Sozvezdiye"nin bir yaşı tamam olur. O bildirib ki, artıq bayrama hazırlıq işləri tam sürətlə gedir. Bununla yanaşı, təntənəli tədbirin necə keçiriləcəyi hələlik sirr olaraq qalır. "Sozvezdiye"nin yeni sürprizlərini səbirsizliklə gözləyəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə