Tanrıverdi Mustafayev: "Nəsimi Paşayev hələ də bizim işçimizdir" Açıqlama
Yerli mətbuatda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinatın olması ilə bağlı yazılar dərc olunub. SİA-nın xəbərinə görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın yerinə "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətində çalışan Nəsimi Paşayevin təyin olunduğu deyilir.
Məsələ ilə bağlı "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. O məsələ ilə bağlı bunları dedi: "Hazırda Nəsimi Paşayev məzuniyyətdədir və aprelin 21-də işə çıxacaq. Ona görə də yeni təyinatla bağlı heç nə deyə bilmərəm, çünki o hələ bizim işçimizdir. Yeni vəzifəyə təyin olunması məsələsinə gəlincə, niyə də olmasın? Nəsimi Paşayev çox yaxşı kadrdır. Əgər məsələ doğrudursa, o zaman ona uğurlar arzulayıram".
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə yeni qurumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB