Braziliya televiziyasında Azərbaycan haqqında reportaj təqdim olunub

Braziliya televiziyasında Azərbaycan haqqında reportaj təqdim olunub

Braziliyanın aparıcı televiziya kanallarından olan "Globo" telekanalında Azərbaycan haqqında reportaj təqdim edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Reportajda Azərbaycan neft və qaz sənayesinin beşiyi kimi təqdim olunub və bu sahənin tarixi barədə məlumat verilib. Həmçinin ölkəmizdə o dövrlərdə fəaliyyət göstərən Nobel qardaşları və digər mühüm tarixi faktlar haqqında məlumatlar təqdim olunub.

Həmçinin reportajda Azərbaycanın yürütdüyü balanslaşdırılan xarici siyasət, ölkəmizin enerji siyasəti, Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyətli rolu qeyd olunub.

Həmçinin reportajda Azərbaycanın, xüsusən Bakının müasir inkişafı və əzəmətli arxitekturası haqda söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə