Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytı (http://yap.org.az/) yeni dizaynda fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, modern şəkildə oxucuların ixtiyarına verilən, operativ xəbərlərlə təmin olunan saytda bir çox bölmələr fəaliyyət göstərir. Burada oxucular Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və ölkəmiz, xalqımız uğrunda göstərdiyi xidmətlər, partiyanın rəhbərliyi, tarixi və fəaliyyəti, Dağlıq Qarabağın tarixi haqqında məlumatlar əldə edə bilərlər. www.yap.org.az domeni ilə fəaliyyət göstərən rəsmi sayt vasitəsilə vətəndaşlar birbaşa partiyaya məkub da yaza bilərlər.
YAP-ın sosial şəbəkələrdəki səhifələrinə birbaşa keçidin qoyulduğu saytda video və fotoreportajlar da yer alır.
Qeyd edək ki, sayt iki dildə - Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB