Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Park Cinema" kinoteatrlar şəbəkəsi arasında uşaq və yeniyetmələrin istirahətini təmin etmək məqsədilə təşkil olunmuş film seansları davam edir. SİA-nın xəbərinə görə, şagirdlər üçün nəzərdə tutulan film və animasiyalar həftənin 5 günü, saat 15:00 və 17:00 seanslarında göstərilir.
Hazırda Nərimanov rayonu üzrə baş tutan seanslar uşaqlar tərəfindən böyük maraqla qarşılanır. Şagirdlərin marağını nəzərə alaraq film seanslarının silsilə halına gətirilməsi və aprelin 21-dən etibarən Yasamal rayonunda yerləşən ümumtəhsil məktəblərinin əlaçı şagirdlərinə də (3875 nəfər) aid edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB