“Peşəni seç” layihəsi keçirilib

“Peşəni seç” layihəsi keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "Peşəni seç" adlı təlim keçirilib. SİA-nın məlumatına görə, yeniyetmələr müəyyən yaş dövrünə çatdıqda özünə uyğun peşə seçməyə səy göstərirlər. Lakin onlara uyğun olan peşəni qərarlaşdıra bilmirlər. Bu sahədə onları maarifləndirmək əsas məsələdir.

Orta məktəblərin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan layihədə əsas məqsəd düzgün peşə seçimi etməkdə şagirdlərə yardımçı olmaqdır.

Layihə çərçivəsində təlimlər mütəxəsislər tərəfindən keçirilib və şagirdlərə qaranlıq qalan məqamlara aydınlıq gətirilib.

Qeyd edək ki, layihə çərçivəsində düzgün peşə seçməyin yolları haqda kitabçalar nəşr olunub və təlim iştirakçılarına paylanıb. Həmçinin layihənin sonunda iştirakçılara sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə