Sabah paytaxtda temperatur yüksələcək PROQNOZ

Sabah paytaxtda temperatur yüksələcək PROQNOZ

"Aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə doğru qısamüddətli, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir: "Həftənin son iş günündə ölkənin rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə