7 saylı internat evinə başçəkmə həyata keçirilib

7 saylı internat evinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin yanında yaradılan İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri 15 aprel 2014-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonu Saray qəsəbəsində yerləşən Əlil və fiziki qüsurlu uşaqlar üçün 7 saylı internat evinə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və saxlanma şəraitinin araşdırılması olub.

Başçəkmədə MPQ üzvləri ilə yanaşı Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansinin idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib. Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilmiş, şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib. Adı çəkilən müəssisə 2010-cu ildə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib.

Başçəkmənin sonunda internat evinin rəhbərinə müvafiq tövsiyələr verilib. Həmçinin bəzi təkliflərlə Ombudsman tərəfindən ƏƏSMN-nə müraciət ediləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə